Parisdəki Eyfel qülləsi işçilərin tətili səbəbindən ziyarətçilər üçün bağlanıb.
Tezadlar.az xəbər verir ki, xarici medianın məlumatına görə, bu, 5 sentyabrda baş verən hadisə ilə bağlıdır.
Xüsusilə, şənbə günü hindu dini təşkilatı Bochasanwasi Akshar Purushottam Swaminarayan Sanstha (BAPS)-ın təxminən 100 nümayəndəsi bu əlamətdar yeri ziyarət edib. Qüllənin idarəetmə şirkəti olan SETE qeyd edib ki, onlar “qadınlarla təmasın” minimum səviyyədə saxlanılmasını istəyiblər və bu da qadınların evə göndərilməsinə və ya kişilərlə əvəz olunmasına səbəb olub.
Eyfel qülləsi işçilər həmkarlar ittifaqının nümayəndəsi Diana Davoine bildirib ki, “bu, qadınlar tərəfindən heç də bəyənilməyib və onlar hadisədən utanıblar”.
SETE daha sonra qonaqların şərtlərini qəbul etməklə kişilər və qadınlar arasında bərabərlik prinsipini pozduqlarını bildirib. Paris meri Emmanuel Qrequar da öz növbəsində hadisə ilə bağlı araşdırma başladıb.
ELBAR







