Əsas məzmuna keç

Fabrikdə işçilərin üzərinə əridilmiş dəmir tökülməsi nəticəsində 8 nəfər ölüb

İlkin məlumatlara görə, Hindistanın Andhra Pradeş ştatındakı polad fabrikində işçilərin üzərinə əridilmiş dəmir tökülməsi nəticəsində səkkiz nəfər ölüb.

Tezadlar.az bildirir ki, NDTV-nin Hindistan polisinə istinadən verdiyi məlumata görə, Vişaxapatnamdakı polad fabrikində kranla daşınarkən 1600 dərəcə Selsi temperaturda əridilmiş dəmir işçilərin üzərinə tökülüb.

Adı açıqlanmayan bir məmur “Press Trust of India” (PTI) agentliyinə bildirib ki, hadisə nəticəsində səkkiz nəfər ölüb, altı nəfər yaralanıb.

Hindistanın Baş naziri Narendra Modi hadisə ilə bağlı dərin kədərini bildirib.

Modi ölənlərin ailələrinə başsağlığı verib və yaralılara tezliklə sağalmalarını arzulayıb.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…