Əsas məzmuna keç

FHN-in Gəncə Regional Mərkəzi ümumtəhsil məktəblərində silsilə mülki müdafiə tədbirləri keçirib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Gəncə şəhəri, Şəmkir, Daşkəsən, Gədəbəy, Tovuz, Ağstafa və Qazax rayonlarının ümumtəhsil müəssisələrində silsilə mülki müdafiə tədbirləri keçirilib.

Tezadlar.az xəbər verir ki, təhsil müəssisələrinin kollektivinin iştirakı ilə silsilə tədbirlərin keçirilməsində əsas məqsəd mülki müdafiə sahəsində maarifləndirmə işinin aparılması, fərdi və kollektiv mühafizə vasitələrindən, ilkin yanğınsöndürmə alət və avadanlıqlarından istifadə qaydalarının öyrədilməsi, fövqəladə hallar zamanı davranış qaydalarının aşılanması olub.

Tədbirlər zamanı mülki müdafiə və fövqəladə hallarla bağlı təhlükəsiz davranış qaydaları barədə müvafiq biliklərin verilməsi məqsədilə “açıq dərslər” keçirilib, həmçinin baş vermiş şərti fövqəladə hadisə ilə əlaqədar məktəb kollektivinin təxliyəsi, yaranmış ekstremal vəziyyətin aradan qaldırılması əməliyyatı simulyasiya edilib.

Uğurla keçən tədbirlərdən sonra əldə edilmiş nəticələrin təhlili aparılıb.

RÖVŞANƏ

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…