Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
16 Noyabr 2025 / 07:57

Fişəng fabrikindəki partlayışda yeddi nəfər öldü

Ötən gün Pakistanda fişəng istehsalı ilə məşğul olan müəssisədə baş verən partlayış nəticəsində azı yeddi nəfər ölüb, daha 7 nəfər yaralanıb. Tezadlar.az Haber- Türk- ə istinadla xəbər verir ki, partlayışdan sonra hadisə yerinə cəlb edilən yanğınsöndürənlər alovu lokallaşdırmağa nail olublar. Yaralıların vəziyyətinin ağır olduğu bildirilir və onlar xəstəxanaya yerləşdirilib. Fabrikin binasına ciddi ziyan dəyib.  Yerlı hakimiyyət nümayəndələrinin sözlərinə görə, partlayış çayın kənarındakı əkin sahələrinin arasında gizli şəkildə fəaliyyət göstərən qeyri-leqal müəssisədə baş verib. Hadisənin təhlükəsizlik qaydalarının pozulmasının səbəb olduğu bildirilir.

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!