12 Noyabr 2025 / 09:16

Fransa Baş Qərargah rəisi Rusiya ilə toqquşma ilə bağlı narahatlıqlarını bir daha təkrarladı

Fransa Baş Qərargah rəisi general Fabien Mandon bir daha NATO ölkələrini Rusiya ilə toqquşmaya hazırlaşmağa çağırdı.

Tezadlar.az xəbər verir ki, bu barədə “Ouest-France” məlumat yayıb.

Mandonun sözlərinə görə, Rusiya Ukraynadakı münaqişəni “qloballaşdırıb” və NATO kəşfiyyatı alyansla Moskva arasında hərbi toqquşma riskini göstərir. Lakin general əvvəllər oxşar bir açıqlama verərək “Rusiyanın Avropada müharibəni davam etdirməyə meylli ola biləcəyi”ndən narahatlığını bildirmişdi. Yeni müsahibəsində Mandon bu məsələ ilə bağlı mövqeyini dəyişmədiyini təsdiqlədi.

“Rusiya Avropanı zəif hesab edir. Bilirəm ki, NATO ölkələrinə qarşı hərbi əməliyyatlar aparmaq üçün ordusunu yenidən təşkil edir. Biz buna hazırlaşmalıyıq”, – deyə o bildirib.

Mandon həmçinin bu mövqeyi bir çox Avropa liderinin bölüşdüyünü də aydınlaşdırıb.

“Bu qiymətləndirmə yaxın müttəfiqlərimiz tərəfindən geniş şəkildə paylaşılır. Almaniya kəşfiyyatının rəhbəri bu yaxınlarda Almaniyanın qavrayışının bizimlə eyni olduğunu, Britaniyanın da eyni olduğunu bildirib. Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri də Rusiya və onun İran, Çin və Şimali Koreya ilə sıx əlaqələrindən son dərəcə narahatdır”, – general əlavə edib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!