Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Nigeriyada öldüyü bildirilən 28 yaşlı futbolçu Çinedu Ozor morqda ayılıb.
Tezadlar.az xarici mediaya istinadən xəbər verir ki, “Katsina United”in yeni transferi mövsümöncəsi “Niger Tornadoes”lə yoldaşlıq oyununun ilk dəqiqələrində qəfil huşunu itirərək yerə yıxılıb.
Xəstəxanaya çatdırılan futbolçunun öldüyü açıqlanıb. Bundan sonra klub və futbol qurumları Ozorun vəfatı ilə bağlı başsağlığı mesajları da yayıblar. Futbolçunun cəsədi isə prosedurlar üçün meyitxanaya aparılıb.
Lakin yarılmaya hazırlıq zamanı Ozorun əlini hərəkət etdirdiyi və həyat əlamətləri göstərdiyi müşahidə olunub. Tibb işçiləri onu dərhal morqdan çıxararaq xəstəxananın təcili yardım şöbəsinə, daha sonra reanimasiyaya yerləşdiriblər.
Keçmiş klubu “Heartland” da futbolçunun sağ olduğunu təsdiqləyərək onun nəfəs aldığını bildirib.
Son məlumata görə, 28 yaşlı futbolçunun vəziyyəti ağır olaraq qalır.