G7 ölkələri artıq Rusiyanın aktivlərin yenidən investisiyası qoyuluşundan əldə edilən (ERA) gəlirləri ilə təmin edilmiş 45 milyard avroluq kreditin 30,9 milyard avrosunu Kiyevə köçürüblər.
Tezadlar.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Avropa Parlamentinin iclasında çıxış edən Avropa İqtisadiyyat Komissarı Valdis Dombrovskis bildirib.
“Avropa Birliyinin təşəbbüsü ilə G7 ölkələri 2024-cü ildə 45 milyard avroluq kredit xəttini qəbul ediblər. Bu kreditlər Rusiyanın aktivlərin yenidən investisiyası gəlirlərindən geri ödəniləcək. Ukrayna artıq bu kredit xətti çərçivəsində 30,9 milyard avro, o cümlədən 18,1 milyard avro Aİ ölkələrindən alıb”, – Dombrovskis bildirib.
JASMİN







