Rusiya hava hücumundan müdafiə sistemləri gecə ərzində Rusiya bölgələri, Azov və Qara dənizləri üzərində 65 Ukrayna PUA-sını tutaraq məhv edib.
Tezadlar.az bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verib.
“Ötən gecə, noyabrın 18-i Moskva vaxtı ilə saat 23:00-dan noyabrın 19-u saat 07:00-dək, həyəcan siqnalı ilə hava hücumundan müdafiə sistemləri 65 Ukrayna pilotsuz uçuş aparatını tutaraq məhv edib: Qara dəniz üzərində 16 PUA, Voronej vilayəti üzərində 14 PUA, Krasnodar diyarı üzərində 14 PUA, Belqorod vilayəti üzərində 11 PUA, Azov dənizi üzərində 9 PUA və Bryansk vilayəti üzərində 1 PUA”, – nazirlik bildirib.
E.ŞİRİNOV







