Gələcəyimizi məhvə sürükləyən narkotik alverçiləri- zərərli maddələr qatılmış marixuana ilə yaxalandılar – VİDEO
Polis əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində 49 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb.
Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar davam etdirilir.
DİN-dən Tezadlar.az–a verilən məlumata görə, keçirilən növbəti tədbirlərlə 35 yaşlı Allahşükür İsmayılzadədən 34 kiloqram 875 qram, əvvəllər məhkum olunmuş 29 yaşlı Ceyhun Sultanovdan isə 14 kiloqram 700 qram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanaraq götürülüb.
Araşdırmalarla onların narkotik vasitələri satış məqsədilə əldə etdikləri müəyyən olunub.
Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Narkotiklərlə mübarizə istiqamətində tədbirlər davam etdirilir.