Gəncə Birləşmiş Xəstəxanasında “dəqiqləşdirilməmiş diaqnoz” hamilə qadının ölümünə səbəb oldu

Oxunma sayı: 34

Bu gün səhər saatlarında Gəncədə hamilə qadının ölüm faktı qeydə alınıb. TƏBİB-dən “Təzadlar”a verilən məlumata görə, martın 6-da saat 05:00 radələrində 1984-cü il təvəllüdlü şəxs ailə üzvləri tərəfindən Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına Xəstəxanaya aqonal vəziyyətdə hospitalizasiya olunub. Məlumatda deyilir ki, 30 həftəlik hamiləlik, dəqiqləşdirilməmiş tromboemboliya diaqnozları təyin edilən qadının reanimasiyon tədbirlərə baxmayaraq, ölüm faktı qeydə alınıb.

Məsələ ondadır ki, rəsmi məlumatda “…dəqiqləşdirilməmiş tromboemboliya diaqnozları təyin edilən…” kimi rəy verilir. Necə olub ki, o boyda xəstəxanada dəqiqləşdirilməmiş diaqnoz qoyulur və həkimlər xəstəyə heç bir kömək edə bilmir???

Yəqinki Səhiyyə Nazirliyi və Gəncə şəhər Prokurorluğu bu və ya digər suallara aydınlıq gətirəcək.

A.Məmmədli

Xəbəri paylaş