Gəncədə məktəb direktoru işdə yol verdiyi nöqsanlarının qurbanı oldu

Oxunma sayı: 32

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi 1 nömrəli tam orta məktəbin direktoru Gülbəniz Bayramovanın vəzifədən azad olunmasına aydınlıq gətirib. Tezadlar.az Regional İdarəyə istinadla bildirir ki, xidməti fəaliyyətində yol verdiyi nöqsanlara görə Gəncə şəhər İ.Qayıbov adına 1 nömrəli tam orta məktəbin direktoru Gülbəniz Bayramova ilə bağlanmış əmək müqaviləsi uzadılmayıb. Sitat:  “Təhsil müəssisələrində sağlam işgüzar mühitin təmin olunması, vətəndaşların təhsil müəssisəsinə etimadının, təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılması əsas prioritetlərdəndir. Təhsil müəssisələrində hər hansı neqativ halların baş verməsi yolverilməzdir”.

Xəbəri paylaş

21 Aprel