Əsas məzmuna keç

GÜCLÜ PARTLAYIŞ OLUB, DAĞINTILAR ALTINDA QALANLAR VAR

İraqın paytaxtı Bağdadın mərkəzində partlayış baş verib.

Bu barədə “As-Sumaria” telekanalı xəbər verir.

Məlumata görə, partlayış insident nəticəsində restoranın binası uçub.

İlkin ehtimallara görə, hadisə qaz kəmərinin partlaması nəticəsində baş verə bilər. Qurbanların dəqiq sayı barədə hələ məlumat verilmir.

INA agentliyinin məlumatına görə, bir neçə nəfər dağıntılar altındadır. Hadisə yerində xilasetmə işləri aparılır.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…