Əsas məzmuna keç

GÜLƏNİN ABŞ-DA QAÇIRILMASI İLƏ BAĞLI XƏBƏR ORTAYA ÇIXIB

Türkiyədə terrorçu kimi tanınan FETÖ təşkilatının lideri, ABŞ-da yaşayan vaiz Fətullah Gülən Pensilvaniyadakı malikanəsindən qaçırıla və ya başqa yerə aparıla bilərdi.

Tezadlar.az xəbər verir ki, bu açıqlama ilə CNN Türk çıxış edib.

Fətullah Gülənin yoxa çıxması haqqında ilk xəbər verən qardaşı oğlu olub. Bundan sonra internetdə 83 yaşlı Gülənin hipnoz edilərək qaçırıldığı iddia edilən bir məktub çıxıb. Üstəlik, hadisələrin hələ aprel ayında baş verdiyi və yalnız məhdud dairənin, o cümlədən təşkilat rəhbərliyinin nümayəndələrinin təbliğçi ilə görüşə bildiyi bildirilir.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…