GÜRCÜSTAN PROKURORLUĞU PREZİDENT ZURABİŞVİLİNİ DİNDİRMƏYƏ ÇAĞIRIB

Söhbət onun ölkədə seçki saxtakarlığı ilə bağlı açıqlamalarından gedir

Gürcüstanın Baş Prokurorluğu prezident Salome Zurabişvilini oktyabrın 30-da keçmiş parlament seçkilərinin mümkün saxtalaşdırılması ilə bağlı ifadələrinə görə dindirməyə çağırıb.

Tezadlar.az xəbər verir ki, bu barədə istintaq orqanının açıqlamasında bildirilir.

“Mərkəzi Seçki Komissiyasının və KİV-in yaydığı məlumata görə, Gürcüstan prezidenti Salome Zurabişvilinin 2024-cü il parlament seçkilərinin mümkün saxtalaşdırılması ilə bağlı sübutları olmalıdır və bu səbəbdən Gürcüstan prezidenti bu il oktyabrın 30-da istintaq orqanına dindirilmək üçün dəvət edilib”, – məlumatda deyilir.

E.ŞİRİNOV

Xəbəri paylaş

Xəbər lenti