Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Avropa Birliyinin Gürcüstan nümayəndəliyi ofisi qarşısında Avropa Birliyinə qarşı etiraz aksiyası keçirilib.
TEZADLAR.AZ xəbər verir ki, aksiya radikal və homofobik qruplar olan “Uşaq Hüquqlarını Müdafiə Cəmiyyəti” və “Əxlaq” təşkilatları tərəfindən keçirilib. Aksiya iştirakçıları əraziyə “Avrosodoma Yox”, “LGBT diplomatları çirkli əllərini uşaqlarımızdan çəksinlər” və “Bütün biabırçı LGBT səfirləri Gürcüstandan qovulmalıdır” sözləri yazılmış bannerlər gətiriblər. Aksiya zamanı Avropa Birliyi bayrağının yandırılmasına cəhd göstərilib, lakin polis buna icazə verməyib və bu zaman qarşıdurma yaranıb. Qarşıdurma zamanı aksiya təşkilatçılarından olan Quram Palavandişvili də daxil olmaqla bir neçə nəfər saxlanılıb.
24news.ge