15 Dekabr 2025 / 09:02

Gürcüstanda tikintiyə nəzarət gücləndirilir – binaların fasadları eyni olmalıdır

Gürcüstan hakimiyyəti bütün yeni bina fasadları üçün vahid qaydalar tətbiq etməklə ölkədə kütləvi tikintini standartlaşdırmaq qərarına gəlib.

Bu barədə Gürcüdtan mediasl məlumat yayıb.

Gürcüstanda bina fasadları İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanan ölkə daxilində vahid qaydalara uyğun olaraq layihələndiriləcək.

“Məqsədimiz ölkə daxilində bütün bölgələrə, şəhərlərə və qəsəbələrə maksimum estetik cəlbedicilik gətirməkdir, xüsusilə də bölgələrdə kütləvi tikintini standartlaşdırmaqdır”,-iqtisadiyyat naziri Mariam Kvrivişvili deyib.

Bundan əlavə, ölkənin hər bir bölgəsində həm tarixi, həm də yeni rayonlar üçün inkişaf qaydalarını, eləcə də binaların estetik xüsusiyyətlərini, o cümlədən dam örtüyü və fasad materialları və rənglərini əks etdirən ətraflı bir layihə hazırlanması gözlənilir ki, binaların görünüşü rayonların inkişafı və tarixi ilə uyğunlaşsın.

Həmçinin hakimiyyət orqanları tərəfindən həyata keçirilən tikintidə mütləq şəkildə yerli istehsal olan tikinti və digər materiallara üstünlük veriləcək.

 

JASMİN

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!