Əsas məzmuna keç

Hacıqabulda 19 yaşlı qız öldürüldü

Hacıqabulda qətl törədilib.

Tezadlar.az xəbər verir ki, Hacıqabul şəhəri İsmət Qayıbov küçəsində minik avtomobilində 2007-ci il təvəllüdlü Zeynəb Qocayeva boyun nahiyəsindən bıçaqlanaraq qətlə yetirilib.

Cinayəti törətməkdə şübhəli bilinən mərhumun qardaşı 1995-ci il təvəllüdlü Cəfər Həsənov könüllü olaraq polisə təslim olub.

Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…