Hava Limanında şübhəli İsrail vətəndaşı saxlanılıb

Tbilisi Beynəlxalq Hava Limanında şübhəli hərəkətlər edən İsrail vətəndaşı saxlanılıb. Tezadlar.az xəbər portalının əldə etdiyi görüntülərdə həmin şəxsin əvvəlcə hava limanı ərazisində şübhəli davranışlar sərgilədiyi, polis əməkdaşları ilə mübahisə etdiyi, daha sonra isə qışqırmağa başladığı əks olunub. Hava limanında xidmət aparan hüquq-mühafizə orqanları əməkdaşlarının dəfələrlə etdiyi xəbərdarlıqlara baxmayaraq, eyni hərəkətləri davam etdirən şəxs polis tərəfindən saxlanılıb. Xəbər portalımızın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyindən bildirilib ki, saxlanılan şəxsin üzərində və çantasında aparılan yoxlama zamanı narkotik vasitə aşkarlanıb. Faktla bağlı Cinayət Məcəlləsinin 260 və 262-ci maddələri üzrə istintaq başlanılıb. Həmin şəxsi 12 ilədək həbs cəzası gözləyir.

Xəbəri paylaş