Qazaxıstanda şirkət əməkdaşı iş yoldaşlarından pul toplamaq üçün kələyə əl atıb…
Astanada şirkətlərdən birinin işçisi həmkarlarından saxtakarlıqla pul almaq qərarına gəlib.
TEZADLAR.AZ xəbər verir ki, bu barədə polisia.kz-a məlumat yayıb.
Kişi atasının ölümünü bildirərək işdən məzuniyyət götürür. Başsağlığı verən rəhbərlik ona nəinki məzuniyyət verib, həm də ianə toplama tədbiri təşkil edib.
Bir həftə sonra o, əlavə maddi yardım yığmaq ümidi ilə bu dəfə anasının öldüyünü bildirib. Lakin bu zaman kələfin ucu açılıb..
“Lakin həmkarları məlumatları ikiqat yoxlamaq qərarına gəliblər və anası ilə əlaqə saxlayıblar. Məlum olub ki, anası sağ-salamatdır. Saxtakarlıq aşkar edilib və bundan sonra işçilər polisə müraciət ediblər. Şübhəlinin 20-dən çox həmkarı başsağlığı verərək və kömək təklif edərək onun hesabına müxtəlif məbləğdə pul köçürüblər. Faktla əlaqədar “Saxtakarlıq” maddəsi ilə cinayət işi açılıb. Hazırda məhkəməyəqədər araşdırma aparılır”, – deyə məlumatda bildirilir.
JASMİN

