16 Aprel 2026 / 12:34

Hərbi həkim komissiyasının sabiq rəisi Rasim Həsənovun vəkili məhkəmədən bunu xahiş edib…..

Müdafiə Nazirliyinin Mərkəzi hərbi həkim komissiyasının sabiq rəisi Rasim Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Tezadlar.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.

Təqsirləndirilən şəxsin vəkili vəsatət verib.

O, müvəkkilinin rüşvətdə ittiham olunduğu bir hissənin çıxarılmasını, ev dustaqlığına buraxılmasını xahiş edib.

Məhkəmə ev dustaqlığı ilə bağlı vəsatəti təmin etməyib, digər vəsatəti isə baxılmamış saxlayıb. İşin məhkəmə baxışına verilməsi barədə qərar qəbul olunub. Növbəti baxış iclası 23 aprel tarixinə təyin edilib.

Rasim Həsənova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2, 311.3.3 (təkrarən külli miqdarda rüşvət alma), 313 (vəzifə saxtakarlığı) və 341.2.3-cü (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham edilib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!