Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Hindistanda Jitu Saini adlı kişinin doğum günü məclisində üç nəfər ölüb.
Tezadlar.az xarici mediaya istinadla bildirir ki, şənlik əvvəlcə idman zalında keçirilib, daha sonra qonaqlar evə yollanıblar. Orada üç dost yubilyarı tutaraq tortu onun üzünə sürtüblər. Bu hərəkət Jitunu o qədər qəzəbləndirib ki, aralarında mübahisə yaranıb.
Qısa müddətdən sonra tərəflər ayrılıb və silahla geri qayıdıblar. Onlardan birinin qardaşı münaqişəni sakitləşdirməyə çalışsa da, buna nail ola bilməyib. Nəticədə atışma başlayıb.
Atışma nəticəsində Amardin, Maniş və Akaş ölümcül yaralar alıblar. Onlar təcili xəstəxanaya çatdırılsa da, həkimlər həyatlarını xilas edə bilməyiblər.
Polisin məlumatına görə, təqsirləndirilən şəxslərin saxlanılması üçün altı əməliyyat qrupu yaradılıb və bəzi şübhəlilər artıq həbs edilib. Hazırda bu cinayətdə iştirak edən bütün şəxslərin axtarışı davam edir.