Əsas məzmuna keç

İNSANLARIN YUXUSUNA HARAM QATAN TİKİNTİ ŞİRKƏTİ

Xırdalan şəhəri Mehdi Hüseynzadə küçəsində yaşayan bir qrup vətəndaş tikinti şirkətindən şikayətçidir.

Sakinlər bildirir ki, həmin ərazidə hündürmərtəbəli bina inşa edən “Eko Park” adlı tikinti şirkəti onlara gecə saatlarında da yatmağa imkan vermir.

Sakinlər bildirir ki, aidiyyəti qurumlara bununla bağlı müraciət etsələr də, heç bir tədbir görülməyib.

Şikayətçilər gecə saatlarında onların rahatlığını pozan və səs-küy yaradan tikinti işinin dayandırılmasını tələb edirlər.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…