Əsas məzmuna keç

İSTANBULUN BƏLƏDİYYƏ SƏDRİNƏ NİYƏ HƏBS VERİLDİ?

Türkiyə məhkəməsi dünən inanılmaz qərara imza atıb…

Tezadlar.az “Anadolu”ya istinadla bildirir ki, məhkəmə İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğluna 2 il 7 ay 15 gün həbs cəzası verib. O, Mərkəzi Seçki Komissiyasının (CHP) üzvlərini təhqir etməkə ittiham olunub. Ə.İmamoğlunun qərardan şikayət etmək hüququ var və qərar yuxarı instansiya məhkəmələrinin təsdiqindən sonra qüvvəyə minəcək.

İstanbul bələdiyyə başqanı bir müddət əvvəl gələn il keçiriləcək seçkilərdə mübarizə aparacağına işarə etmişdi. Onun siyasi rəqibləri isə mediada İmamoğlunun əleyhinə təbliğat aparmaqdadırlar. Məhkəmənin son apellyasiya qərarı necə olacaq, hələki aydın deyil.

A.Məmmədli

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…