Əsas məzmuna keç

İlan axtarışı narkotik aşkarlanması ilə nəticələndi

Almaniyanın Hörşinq şəhərində polis qaraj kompleksindəki qaraj sahiblərindən zəng alıb. 

Tezadlar.azxarici mediaya istinadən bildirir ki, narahat sakinlər ilan barədə məlumat veriblər.
Polis yanğınsöndürənlərin sürünəni xilas etməsini gözləyərkən, kəskin kannabis qoxusu hiss ediblər.

Hadisə yerindən təxminən yüz metr aralıda polis əməkdaşları 27 yaşlı yerli sakin və onun dostunun narkotik istifadə etdiyini görüblər. Onların üzərindən beş qram marixuana tapılıb və onu şəxsi istifadə üçün aldıqlarını etiraf ediblər.

 

Hər ikisi saxlanılıb, lakin sonradan sərbəst buraxılıb. Bu vaxt gələn yanğınsöndürənlər ilanı qarajdan çıxararaq yaxınlıqdakı təbiət qoruğuna buraxıblar.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…