Əsas məzmuna keç

“İmedi”nin efiri qəfildən dayandı

Gürcüstanın “İmedi” Televiziya Şirkəti yayımın naməlum səbəbdən təxminən 45 dəqiqə dayandığını bildirib.

Tezadlar.az xəbər verir ki, Kanal hadisə ilə bağlı hüquq-mühafizə orqanları ilə əlaqə saxlayıb.

Televiziya şirkətinin açıqlamasında qeyd olunur ki, hazırda nasazlığın səbəbi araşdırılır və “İmedi” hadisənin texniki xətadan yox, cinayət xarakterli müdaxilədən qaynaqlanma ehtimalını da istisna etmir.

“Yayım qəfildən dayandı və hələlik bunun səbəbi məlum deyil. Biz artıq hüquq-mühafizə orqanları ilə əlaqə saxlamışıq və xətanın səbəblərini müəyyənləşdirməyə çalışırıq”, – açıqlamada qeyd edilib.

Hazırda “İmedi”nin yayımı bərpa olunub. Araşdırmanın nəticələri barədə əlavə məlumatın təqdim ediləcəyi bildirilib.

 

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…