Paşinyana hansı şərt sərf edir?

…Niyyəti özgə torpağını işğal etmək olan Ermənistanın istər Koçaryan, istərsə də Sarkisyan hakimiyyəti tərəfindən yol verilən tarixi vəhşilikləri Azərbaycan tarixinin daş yaddaşında əbədi qalacaq…

İndiki hakim komandanın başında duran Paşinyan isə əvvəllər yol verilmiş oq siyasi-hərbi və tarixi səhvlərin bataqlığında xilas axtarır. Təbii olaraq, indi Azərbaycan diqtə edən, şərt qoyan tərəfdir. 1990-cı illərdən Rusiyanın köməkliyi və dayılığı sayəsində Azərbaycana şərtlər irəli sürən Ermənistan indi özü şərt qarşısındadır…

Bəs Azərbaycan indi hansı şərtlərə sahiblik sükanını əlində saxlamalıdır? Hərbi ekspert Ədalət Vəliyevin bu maraqlı statusu diqqəti çəkir:

«1. Azərbaycan qalib tərəfdir, buna görə də şərtləri indi biz diktə edirik.

  1. Ermənistan dəhliz, sərhəd və sülh müqaviləsi məsələsində dirəndikcə, daha çox itirir.
  2. Əvvəl Qarabağın azad edilməsindən bəhs edən Azərbaycan rəhbəliyi, artıq Qərbi Zəngəzura qayıdışın şərtlərini irəli sürür.
  3. Fasiləsiz olaraq təzyiqləri artırırıq, bununla Qələbəmizin verdiyi üstünlüklərdən yararlanmaqla maksimum nəticə əldə etməyə çalışırıq. Paralel olaraq əlavə rəqiblər qazanmaq kimi planımız da yoxdur.
  4. Artıq çox nailiyyət əldə etmişik, amma kifayətlənmirik, ərazi bütövlüyümüzü tam təmin etməliyik.
  5. Məlum Sazişin 5-ci bəndi Xankəndində erməni silahlısının qalmasına aid deyil. Əlində silah tutan istənilən erməni və ya müzdlular, tam tərkibdə və təcili ərazidən çıxarılmalıdır.
  6. Qarabağda yaşayan 25 min ermənini çıxarmaq 3-5 günün içində minimal itki ilə mümkün idi, indi də bəzi siyasi gedişlərdən sonra bu mümkündür, amma bu indiki zamanda doğru seçim olmaya da bilər. Ziyan gətirməsi də istisna deyil.
  7. Daim Xankəndində qalan bir ovuc erməniyə görə narahat olanlar Yuqoslaviyanın nəyə görə 5 yerə parçalandığını, Yuqoslaviyanın müttəfiqlərinin belə ona qarşı BMT Təhlükəsizlik Şurasında səs verdiyini xatırlasın. İraq, Suriya və Liviya nümunəsini də öyrənmək faydalıdır.
  8. Kəlbəcər və Laçın Azərbaycan nəzarətində olandan sonra Qarabağın bir böyük kənd qədər erməni əhalisi 130 milyon türk əhatəsində nəyi və necə dəyişə bilər?
  9. Rusiya faktoru var, nəzərə almalıyıq. Bu “çəkinmməliyik” anlamına gəlməz. Kreml birtəfli olaraq bizi və ya əks tərəfi dəstəkləyə bilməz. Erməni onun strateji tərəfdaşıdır, orda hərbi bazası var, bu baza sülhsevər KTMT-nin cənub qanadıdır, odur ki, Kremlin birmənalı olaraq bizə tərəf meyllənməsi, Rusiyanın Ermənistanla Cənubi və Şimali Qafqazdan, hətta “barıt çəlləyi” olan Tatarıstandan getməsi deməkdir. Kreml hələlik buna hazır deyil.
  10. Son illərdə Rusiyanın intensiv silahlandırdığı Ermənistan tez- gec Kremldən qopacaq. Birlikdə olduğu 30 il müddət ərzində İrəvanın əldə etdklərini 44 gündə itirməsini, bu müddətdə Moskvanın strateji tərəfdaş kimi susqun qalmasını Kremlə bağışlamayıb. Kremlə arxadan zərbə mütləq olacaq.
  11. Paşinyanın təkrar səs toplaması da ermənilərin müharibəni inkar etməsi, Nikolun Qərbə yönəlməsinə dəstək verməsi anlamına gəlir. Sadəcə indi Ermənistana Rusiyadan başqa kimsə silah və ya silah almağa vəsat vermir. Bunun alternativini tapan kimi, İrəvan Kremlə maraqlı fokuslar göstərəcək, ən azında Qərb “sahilinə” tərəf üzəcək.
  12. Keçən ilə kimi bütün Qarabağda və ətraf rayonlarda özlərini cəzasızlıq mühitində hiss edənlərin, Şuşada yallı gedənlərin, bizi Qarabağa qonaq qismində dəvət edənlərin, Cəbrayıla və Kəlbəcərə yol çəkənlərin, Qarabağımızda hərbi şəhərciklərin, qəsəbələrin, abidələrin və məktəblərin açılışında Azərbaycana meydan oxuyanların bu gün artıq Xankəndidə səsi eşidilmədi. Odlu- alovlu erməni liderlərin nitqlərini artıq yas mərasiminə xas olan həzin müsiqilər əvəz etdi.
  13. Əksəriyyət erməni siyasi və hərbi rəhbərlər artıq Ermənistandan Xankəndinə getmək də istəmir. Bunu erməni rəsmilər də etiraf edir. Biz isə hər gün Qarabağda hansısa təməlqoyma, açılış, festival və digər tədbirlər keçiririk, mühüm sənədləri Şuşada imzalayırıq.
  14. Mülki, təhlükəsizlik və müdafiə məqsədli infrastuktur layihələri paralel həyata keçirilir, yekunlaşanları da az deyil. Görüləcək işlər isə hələ çoxdur. 30 il ərzində viran qoyulan 10 min kv.km ərazilərin bərpası ağır və məsuliyyətli vəzifədir. Bu vəzifəni isə qalib Azərbaycan xalqı və dövləti birgə həyata keçirməlidir.
  15. Qarabağ məsələsi tamamilə milli məsələdir. Başqa sahələrdə fikir ayrılığı ola bilər, olmalıdır da. Amma bunu Qarabağla əlaqələndirmək özümüzdən başqa bir rəqibimizə ziyan gətirməz, əksinə onların əlini gücləndirmiz olar.
  16. Əvvəlcə biz özümüzün Qalib xalq olduğumuzu tam dərk etməliyik, yalnız bundan sonra digərləri bizi olduğumuz kimi qəbul edəcək.
  17. Qarabağ münaqişəsi geridə qalsa da, o hərbi-etnik münaqişələr kateqoriyasına aiddir, dünyada isə heç bir dövlət- nə Çin, nə Hindistan, nə Pakistan, nə Böyük Britaniya, nə İspaniya, nə Fransa, nə İsrail və s. kimi ölkələr bu tip münaqişərin onilliklər ərzində birmənalı həllinə nail ola bilməyib. Burada biz adı çəkilən dövlətlərlə müqayisədə, daha əlverişli vəziyyətdəyik. Əlimizdə imzalı Birgə Bəyanat, önümüzdə isə zəif, əzilmiş, alçaldılmış və əldən düşmüş bir Ermənistan var. Qarabağ məsələsində Azərbaycanla müqayisədə demək olar ki, yalnız qalan Ermənistanın belə bir potensial ilə uzun müddət dirənməsi real görünmür.
  18. Ən azından 25 min erməni 10 milyonluq Azərbaycan daxilində katalizator rolunu oynaya bilməz. Bunu Ermənistan da, digər əlaqəli ölkələr və təşkilatlar yaxşı anlayır. Bir kənd qədər əhali yaşayan əraziyə “müstəqillik” verilməsinə isə dünya praktikasında rast gəlinmir… Ən qısa zamanda Xankəndində üçrəngli Bayrağımızın dalğalanması realdır…».

Əlavə şərhə ehtiyac və yer qalmır…

A.Məmmədli


GÜNDƏM

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Tuesday, 19 October 2021
By Elçin Məmmədli

Vizual Xəbərlər

Video Xəbərlər