Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 9-da ABŞ-a planlaşdırılan səfərini təxirə salıb.
Tezadlar.az xəbər verir ki, bu barədə “Haber Global” telekanalı mənbələrə istinadən məlumat yayıb.
İddialara görə, Ərdoğan mayın 9-da cədvəlindəki qeyri-müəyyən dəyişikliklərə görə ABŞ-a səfər etməyəcək.
Səfərin yeni tarixinin daha sonra açıqlanacağı qeyd edilir.
E.ŞİRİNOV