Qazaxıstan əsilli alman və uzun illər Almaniyada yaşayan, iş adamı, Azərbaycan sevdalısı Valdemar Vildeisin qəfil vəfatı xaricdə yaşayan azərbaycanlılar üçün də ağır itkidir

Həmişə deyirik ki, erməni lobbisi və diasporu ermənilər üçün çox iş görür. Bundan əlavə, ermənilərin yaşadıqları ölkələrdə müəyyən tanınmış iş adamlarını, deputatları, müxtəlif vəzifə sahiblərini ələ almağı da bacarırlar. Bir də görürsən hansısa bir fransız, alman, ingilis, italiyan, amerikalı ermənilərin xeyrinə elə danışır ki, adamın damarında qanı quruyur. Çünki ermənilər öz məkrli planlarını həyata keçirmək üçün belə, vəzifə sahiblərinə pul xərcləməyi bacarırlar. Biz isə bu cəhətdən ermənilərdən çox geri qalırıq. Düzdür, bəzi başqa millətlər tək-tük də olsa, öz ölkələrində istər mətbuatda, saytlarda, istər sosial şəbəkələrdə, istərsə də televiziyalarda xeyrimizə danışanlar var. Amma çox təəssüf ki, bu fürsətdən istifadə edib həmin insanların gələcəkdə bizlər üçün lobbiçilik etməsini təşkil edə bilmirik. Yəni o insanlara dəyər vermirik.

Bu günlərdə uzun illərdir Hollandiyada yaşayan, qəlbi həmişə vətən eşqi ilə döyünən, yazıları, əməlləri ilə həmişə Azərbaycana xidmət edən “Azərbaycanın Dostları Cəmiyyəti”nin rəhbəri, qəzetimizlə yaxından əməkdaşlıq və dostluq edən Elman Mustafazadə 51 yaşlı Valdemar Vildeis adlı bir almanın ürək tutmasından vəfat etməsi barədə çox hüznlü qısa bir yazı göndərdi. E.Mustafazadənin qeydlərindən aydın olur ki, Qazaxıstanda doğulmuş, lakin sərhədlər açılandan sonra öz tarixi vətəni Almaniyaya köçmüş V.Vildeis azərbaycanlılarla həmişə sıx əlaqədə olmuş, onlara bacardıqları yardımları etmiş, Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında öz bacarığını və imkanlarını əsirgəməmişdir. E.Mustafazadə ilə də yaxından dost olan V.Vildeis bir çox azərbaycanlılara maddi və mənəvi yardım etmişdir. Belə bir insanın 51 yaşında, qəflətən dünyasını dəyişməsi E.Mustafazadəyə bərk təsir etmiş və yaşadığı Hollandiyadan dostunun dəfnində iştirak etmək üçün Almaniyaya getmişdir. E.Mustafazadənin V.Vildeis barədə mənə gödərdiyi hüzn dolu qısa yazısını olduğu kimi təqdim edirəm: “Uzun yolçuluqdan və ayrılıqdan sonra Niderlandda xoş əhval-ruhiyyə ilə doğmalarımın arasında idim. Qəflətən Almaniyadan gələn acı xəbər məni sarsıtdı. Uzun illər vəfalı əqidədaşım və həmkarım, daim sevincini dostlarla bölüşən əli, könlü açıq, əslən Qazaxıstandan olan alman əsilli dostum Valdemar Vildeis infarkt keçirərək gözlərini dünyaya əbədi yummuşdur. İnanın, özümə yer tapa bilmirəm. Ötən il onun 50 yaşını qeyd etmişdik. Valdemar Vildeisin bütün dostlarına və doğmalarına, həyat yoldaşı Olqa xanıma və övladlarına dərin hüznlə başsağlığı verirəm və bu ağır gündə yanınızda olduğumu bildirirəm. Nur içində yat, əziz dostum və qardaşım, Valdemar. Allah sənə rəhmət eləsin!”

Göründüyü kimi, Elman Mustafazadə Valdemar Vildeisə çox böyük dəyər verir. Bu dəyəri isə V.Vildeis Azərbaycana və azərbaycanlılara olan sevgisi ilə qazanmışdır. Axtarsaq, hər ölkədə Azərbaycanı sevən V.Vildeis kimi əcnəbilər çoxdur. Yaxşı olar ki, belə insanlar haqqında sağlığında məlumat verilsin və onlar da Azərbaycana etdikləri xidmətə görə lazımi qiymətlərini  sağlığında ala bilsinlər. Necə ki, E.Mustafazadə Valdemar Vildeisə həm sağlığında, həm də dünyasını dəyişəndən sonra çox böyük dəyər vermişdir. Avropada və dünyada yaşayan azərbayanlılar belə örnəklərdən nümunə götürsələr, həm özləri üçün, həm də Azərbaycanın haqq səsinin dünyaya yayılması baxımından olduqca vacibdir. Azərbaycan naminə bu yolda bütün soydaşlarımıza uğurlar arzulayırıq.

Hazırladı: Elçin MƏMMƏDLİ


GÜNDƏM

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Tuesday, 21 September 2021
By Elçin Məmmədli
IMAGE
KIRIK KODLAR
Monday, 30 November -0001
By Salih KURT

Vizual Xəbərlər

Video Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA