booked.netbooked.net booked.net  

ATƏT-in fəaliyyətinə imkan verilmədiyindən ikili siyasət yürüdülür

Tezadlar.az xəbər verir ki, ABŞ Dövlət Departamenti özünü separatçı "Dağlıq Qarabağın xarici işlər naziri" kimi təqdim edən David Babayanın Vaşinqtona səfərinə münasibət bildirib.

Qurumun Dövlət Departamentinin Babayanın səfəri ilə heç bir əlaqəsi olmadığını, Birləşmiş Ştatlar özünü elan etmiş dırnağarası “Artsax respublikası"nı tanımır.

Məsələyə münasibət bildirən Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov REAL TV-yə bildirib ki, burada birmənalı olaraq ABŞ Dövlət Departamentinin "oyunu" mövcuddur. Çünki Azərbaycan Minsk Qrupunun fəaliyyətinə imkan vermədiyindən qarşı tərəf ikili siyasət yürüdür. David Babayanın Vaşinqtona səfərinə gəlincə, bunu ciddiyə almağa ehtiyac yoxdur.

Xatırladaq ki, ABŞ-dakı erməni diasporası David Babayanın sentyabrın 19-da Vaşiqtona səfər edəcəyi və görüşlər keçirəcəyi barədə məlumat yayıb. Separatçının Konqresdə çıxışı erməni lobbisi təşkil edir.

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN