…Adətən, tarixçilər və siyasətçilər hansısa ölkənin-dövlətin qədimliyindən danışanda mütləq mənada həmin ölkənin qədim tikililərini və tarixi daş kitabələrini nümunə çəkirlər.

Çünki zaman keçdikcə hər şey köhnəlir, dağılır, itir, amma binalar sabit olaraq qalır. Və bu binaların daşdan olan fasadları xarici təbii təsirlərdən tündləşir, qaralır. Bunu Türkiyənin, Rusiya və Fransanın, Yunanıstan və Misirin, Orta Asiya ölkələrinin… tarixi və qədim şəhərlərindəki daş kitabələrdən- binalardan görmək olar. Məsələn, arxitektura dəyərli binaların xarici görkəminə heç vaxt toxunulmaz. Çünki ölkəyə gələn turistlər, digər statuslu qonaqlar müsafir olduqları şəhərin qədimliyini, binalarının köhnəliyini nədən bilməlidirlər? Təbii ki, qədimliyin ifadəsi olan rəngindən.

***

 Bakı şəhərində isə bu tarixi və mədəni ənənəni daim pozurlar. Xalq şairi Vahid Əzizin etirazı da bununla bağlıdır. Şair «Təzadlar»a etdiyi bu dəfəki telefon zəngində belə bir ağrılı məsələyə toxundu: «…Xahiş edirəm, mənim adımdan bu etirazı aidiyyəti ünvanlara və məmurlara çatdırın: axı niyə qoymursunuz ki, Bakı qədimliyində qalsın? Ən inkişaf etmiş, pulu başından aşan ölkələrin də paytaxt şəhərlərində müasirliyi bir kənara qoyub, ölkənin qədimliyinin və tarixiliyinin ifadəsi olan binalara toxunmurlar, fasadına əl vurmur, qazıxlamır, yonmurlar, ağartmırlar. Bakıda isə qədim binaların fasadını yonub ağardırlar. Pul silməyə yermi tapılmır? Dəyməyin bu şəhərin qədimliyinə? Əl vurmayın, tarixi binaların təbii rənginə toxunmayın, qoyun tarixiliyi zahirindən bilinsin. Hətta bəzi binaların üzərinə yaşını yazırlar ki, məsələn, 1870-ci ildə inşa edilib. Amma binanın fasadına baxırsan, elə bil dünən tikilib. Belə olmaz! Hər bir bina Bakının qədimliyinə işarədir, onsuz da göydələnlərdən görünməz olublar. Heç olmasa, tək-tük qalmış o qədim binaları Bakının tarixi və mədəni irs nümunəsi kimi, yontulamasınlar. Binalar özünün təbii görkəmində və rəngində olmalıdır… Binaların fasadını yonmaqla, Bakının onsuz da təmiz olmayan havasını da tozla doldururlar. Bu da ekoloji baxımdan zərərlidir. Belə hallara son qoyulmalıdır…».

Xalq şairinin ürək ağrısı ilə söylədiklərinə tamamilə şərikik. Bakının qədim binaları öz tarixi və təbii görkəmində olmalıdır ki, paytaxta gələn turistlər də şəhərimizin qədimliyinin canlı şahidi ola bilsinlər. Az qalıb ki, Bakının böyük bir tarixini və qədimliyini özündə ifadə edib gələcəyə daşıyan Qız qalasının da fasadını yonsunlar…

A.Məmmədli

11a

4

20a

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN