booked.netbooked.net booked.net  

…Adriatik dənizinin sahilində Xorvatiyanın tarixi Pula şəhəri Avropanın ən maraqlı turizm məkanlarındandır.

Şəhərin mərkəzində romalılar zamanında qladiator döyüşlərinin keçirildiyi Amfiteatr meydanı bütün dünyadan turistləri özünə cəlb edir. Koleziyumun (dairəvi amfiteatr arenası) tam da yanında keçmiş mədəniyyət naziri Əbülfəs Qarayevə məxsus üçulduzlu, üçmərtəbəli "AMFİTEATAR" OTELi yerləşir. Əbülfəs Qarayev bu hotelə 12 il əvvəl sahib olub. O, o zaman Azərbaycan Respublikasının Mədəniyyət və turizm naziri vəzifəsini icra edirdi.

 Pulanın Amfiteatr küçəsi 6-da yerləşən otel 18 nömrədən və geniş restorandan ibarətdir, bura köhnə tarixi bina olub, yerli dövlət orqanları binanın mühafizəsi şərtilə modernləşdirilməsinə izn veriblər. O zaman Xorvatiya mediası yazırdı ki, otel Azərbaycandan olan "biznesmenə" 1 milyon avroya başa gəlib (https://glasistrenovine.hr/.../hotel-kraj-arene-grade...).

Yatırım edən LK D.O.O. (LTD) şirkəti 2008-ci ildə Pulada Mutvoranska- 3 ünvanında 20 min xorvat kunası nizamnamə kapitalı ilə qeydiyyata alınıb. Daşınmaz əmlak alışı və satışı kateqoriyasında təsnifləşdirilmiş LK D.O.O-nun təsisçisi isə keçmiş mədəniyyət naziri Əbülfəs Qarayevin həyat yoldaşı LALƏ KAZIMOVAdır. Xorvatiya mənbələrinə görə, LK (Lalə Kazımova ad-soydının abbreviaturası) LTD-nin 2020-ci idə gəliri 604.712.00 HRK (xorvat pul vahidi) təşkil edib.

 Şirkətin icraçı direktoru kimi Anar Nağıyevin adı sənədlərdə keçir. Anar Nağıyev Əbülfəs Qarayevin zamanında Mədəniyyət və Turizm Nazirliyində müşavir vəzifəsində çalışıb. O, vaxtilə YAP elitasının önəmli fiquru olmuş sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Əli Nağıyevin qardaşı oğludur. Anar Nağıyevin atası bir zamanlar Səbayel və Binəqədi rayonlarının polis rəisi olmuş Nazim Nağıyevdir.

Yeri gəlmişkən, Əli Nağıyevin Rusiya paytaxtında bizneslə məşğul olan oğlu Araz Nağıbəyli də Qarayevlər ailəsinə məxsus şirkətlərdən birinin direktoru olub.

***

 …Xorvatiya mediası o zaman Qarayevlərin otelinə iki mənbədən - Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərindən vəsait yatırıldığını yazırdı. Məlumat Qarayevlərin Azərbaycan mədəniyyətinin talan edilməsi hesabına əldə edilmiş pulların BƏƏ-yə qədər daşındığına ipucu verir. Qarayevlərin Adriatik sahillərinə marağı Xorvatiyanın bu əsrarəngiz şəhəri ilə bitmir. Keçmiş nazirin həyat yoldaşı 2010-cu ildə Xorvatiyadakı şirkət üzərindən daha cənubdakı Monteneqroda da eyni adla şirkət - "L.K.MONTENEGRO-nu ("DRUŠTVO SA OGRANIČENOM ODGOVORNOŠĆU ZA PROMET I USLUGE EXPORT - IMPORT, HERCEG NOVI) açıb. Bu şirkət vasitəsilə Qarayevlər Monteneqroda da daşınmaz əmlak sahibi olurlar. Şirkət əslində Qarayevlərin Adriatik sahilindəki kiçik kurort şəhəri Herseq Novi-də, Srbina küçəsi 1-də aldıqları bağ-bağatlı iri mülkün üzərinə qeydiyyata alınıb, 2018-ci ildə ləğv edilib. Qarayevlərin Herseq Novi-dəki şirkətinin direktoru qismində Abbas Fatullayev adlı şəxsin adı keçir. Abbas Fatullayev Davud oğlu Qarayevlərin Azərbaycanda təsis etdikləti “GALS” MMC-nin də qanuni təmsilçisidir.

Qarayevlərin Azərbaycan, Rusiya, Litva, Panama, Türkiyə, Malta kimi qitələri aşan coğrafiyanı əhatə edən şirkətləri haqqında iki il əvvəl yazmışam (https://m.facebook.com/story.php?story_fbid=250377696220957&id=100037461855242).

“TRIAT EXIRE” UAB (LTD) - Litva

KL BODRUM EMLAK TİCARET VE SANAYİ LİMİTED - Türkiyə

“SQ-FUTURE” MMC - Azərbaycan

TM GROUP - Azərbaycan

QALS MMC (QALS OOO) - Rusiya

“GALS GALLERY” MMC - Azərbaycan

“GALS BEAUTY AND SPA” - Azərbaycan

RİMBA S.A. - Panama (ləğv edilib)

GREEN FARMS AZERBAİJAN MMC - Azərbaycan

GREEN FARMS INTERNATIONAL LTD -Malta

A&S LIMITED - Malta

ADİNOTEC LTD - Malta

“COLAB” BİZNES MƏRKƏZLƏRİ - Azərbaycan

BODRUMDA OTEL

NAİLROOM GÖZƏLLİK SALONLARI - Azərbaycan

Biləsuvarda 5000 ha torpaq sahəsi və s.

Cavanşir Həsənli,

araşdırmaçı jurnalist

 

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN