booked.netbooked.net booked.net  

Şəkinin 1010 sakini yaşayan  Cunud kəndində dərələrdən gələn sel hər 2 yolu aparıb...

Saat: 23:31
Son dəqiqə: Şəki İcra Hakimiyyəti ilə əlaqə saxladıq və RİH-dən "Təzadlar"a bildirildi ki, "Bu gün intensiv yağan yağışlar nəticəsində yaranan sel suları Şəkinin 1000 nəfərdən artıq əhalisi olan Cunud kəndinə aparan hər 2 yolu tamamilə dağıtmışdır. Şəki Şəhər İcra Hakimiyyəti yanında Fövqəladə Hallar Komissiyasının üzvləri Şəki  şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubovun rəhbərliyi ilə dərhal kəndə gedərək sel sularının ziyan vurduğu yerlərə baxış keçirmişlər. Artıq ağır texnika əraziyə cəlb olunub və hava şəraiti imkan verən kimi yollar bərpa oluncaqdır. Hazırda kənddə elektrik enerjisinin verilişi bərpa olunub, mağazalar və digər vacib obyektlər işlək vəziyyətə gətirilib, ərazidə polis postu yaradılıb. Vəziyyət  nəzarətdə saxlanılır. Bu dəqiqələrdə də güclü yağış yağır..."
***

"Təzadlar" Şəkidəki mənbəyə istinadla bildirir ki, sel vətəndaşlara məxsus avtomobilləri ağuşuna alıb... Hal-hazırda rayonun rəhbər vəzifəliləri həmin kənddədirlər. Kəndin işığı bərpa olunub, mağazalar və digər vacib obyektlər işlək vəziyyətə gətirilib. Vəziyyət  nəzarətə götürülüb... Xoşbəxtlikdən insan tələfatı yoxdur... 

Əlavə məlumat veriləcək.

A.Məmmədli

https://www.youtube.com/shorts/1_AWQmWJeLA

https://www.youtube.com/shorts/a0MNsm12ZN8

 

 

 

 

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN