ABŞ prezidenti Co Bayden və Kanadanın baş naziri Castin Trüdo telefon danışığında əsas mövzunun Rusiyanın Ukraynaya qarşı müharibəsi olub.
Tezadlar.az “Avropa həqiqəti”nə istinadən bildirir ki, ki, hər iki tərəfin söhbətindən sonra CNN məlumat verilib. Sitat: "Biz Rusiyanın Ukraynaya qeyri-qanuni işğalı və davam edən koordinasiyalı cavabımıza diqqət yetirmişik. Biz ukraynalıları dəstəkləməkdə və Rusiya rejimini məsuliyyətə cəlb etməkdə qərarlıyıq. Sabah bu barədə "Yeddilik" qrupunun digər liderləri ilə danışacağıq", - Castin Trüdo deyib. Xatırladaq ki, mayın 8-də G7 liderlərinin videokonfransı keçiriləcək, ona Ukrayna prezidenti Vladimir Zelenski də videobağlantı vasitəsilə qoşulacaq. Ağ Ev qeyd edib ki, görüşün tarixi bilərəkdən Rusiya üçün simvolik olan 9 may tarixinə təyin edilib.
Ağ Evin mətbuat katibi həmçinin bildirib ki, Bayden mayın 9-da Ukrayna üçün kredit-icarə haqqında qanunu imzalamağı planlaşdırır.
Sabah isə Rusiya 9 may Faşizm üzərində Qələbənin Paradına hazırlaşır. Tarixin ironiyasına baxın ki, Rusiya isə indi onunla vaxtilə eyni səngərdə faşizmə qarşı döyüşmüş Ukrayna ilə müharibə aparır...
A.Məmmədli