Reuters-in beynəlxalq müxbirləri iddia edirlər ki, 250-dən çox ukraynalı müdafiəçi “DXR” adlanan birləşmənin rus silahlılarının işğalı altında olan Olenivkadakı koloniyaya aparılıb.

Tezadlar.az Reuters-ə istinadən bildirir ki, Rusiya konvoyu Ukrayna hərbçiləri ilə birlikdə 7 avtobusu müşayiət edib. Onlar Donetsk vilayətinin işğal altında olan Yelenovkadakı keçmiş koloniya ərazisinə gətirilib. Ruslar 51-i yaralı olmaqla, azı 256 Ukrayna əsgərinin təslim olduğunu bildirir. Ukrayna hakimiyyəti isə 264 əsgərin olduğunu, onlardan 53-nün yaralandığını qeyd edib. Ruslar Azov alayının döyüşçülərini dindirməyə hazırlaşdıqlarını deyiblər və Ukrayna hərbçilərini nə gözlədiyi hələ məlum deyil. Ukrayna əsgərlərinin Mariupoldakı “Azovstal” polad zavodunun zindanlarında hələ də qalıb-qalmadığı da məlum deyil. Ukrayna müdafiə nazirinin müavini Anna Malyar isə mayın 17-də bildirib ki, Ukraynanın hərbi-siyasi rəhbərliyi Mariupol müdafiəçilərinin hamısı təhlükəsiz olana qədər onların dəqiq sayını deməyəcək.

Avropa liderləri isə saxlanılan ukraynalı hərbçilərin azad edilməsi üçün danışıqlara qoşulub...

A.Məmmədli


GÜNDƏM

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Tuesday, 19 April 2022
By Elçin Məmmədli

Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA