Reuters-in beynəlxalq müxbirləri iddia edirlər ki, 250-dən çox ukraynalı müdafiəçi “DXR” adlanan birləşmənin rus silahlılarının işğalı altında olan Olenivkadakı koloniyaya aparılıb.
Tezadlar.az Reuters-ə istinadən bildirir ki, Rusiya konvoyu Ukrayna hərbçiləri ilə birlikdə 7 avtobusu müşayiət edib. Onlar Donetsk vilayətinin işğal altında olan Yelenovkadakı keçmiş koloniya ərazisinə gətirilib. Ruslar 51-i yaralı olmaqla, azı 256 Ukrayna əsgərinin təslim olduğunu bildirir. Ukrayna hakimiyyəti isə 264 əsgərin olduğunu, onlardan 53-nün yaralandığını qeyd edib. Ruslar Azov alayının döyüşçülərini dindirməyə hazırlaşdıqlarını deyiblər və Ukrayna hərbçilərini nə gözlədiyi hələ məlum deyil. Ukrayna əsgərlərinin Mariupoldakı “Azovstal” polad zavodunun zindanlarında hələ də qalıb-qalmadığı da məlum deyil. Ukrayna müdafiə nazirinin müavini Anna Malyar isə mayın 17-də bildirib ki, Ukraynanın hərbi-siyasi rəhbərliyi Mariupol müdafiəçilərinin hamısı təhlükəsiz olana qədər onların dəqiq sayını deməyəcək.
Avropa liderləri isə saxlanılan ukraynalı hərbçilərin azad edilməsi üçün danışıqlara qoşulub...
A.Məmmədli