“Postmünaqişə dövründə inkişaf üçün daha münbit şərait yaratmaq lazımdır. Biz uzunmüddətli inkişaf və sülhə nail olunmasına kömək etməliyik”.

Tezadlar.az AzərTAC-a istinadla bildirir ki, bunu ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malik “Münaqişədən sonrakı humanitar gündəliyin inkişafı: mədəni mühitin canlandırılması yolu ilə davamlı inkişaf” mövzusunda keçirilən beynəlxalq konfransın açılışında bildirib. Sitat: “Hərbi əməliyyatların dayandığı postmünaqişə dövründə regionda sülhün təmin və inkişaf etdirilməsinə kömək etmək lazımdır”.

Baş direktor əlavə edib ki, Şuşa mədəniyyət paytaxtı, dünyaca məşhur azərbaycanlı bəstəkar Üzeyir Hacıbəyovun vətənidir.

 

Bəli, bu artıq o deməkdir ki, ermənilərin saxta məlumatları gorbagor olub getdi. Beynəlxalq təçkilatların bir-birinin ardınca Şuşada olması, burada mədəni tədbirlərin keçirilməsi dünya ictimaiyyətinə son mesajdır ki, Şuşa Azərbaycanın qədim, tarixi və mədəniyyət şəhəridir. 
Şübhə yoxdur ki, tezliklə oxşar tədbirlər Xankəndidə keçiriləcək...
A.Məmmədli

GÜNDƏM

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Tuesday, 19 April 2022
By Elçin Məmmədli

Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA