“Postmünaqişə dövründə inkişaf üçün daha münbit şərait yaratmaq lazımdır. Biz uzunmüddətli inkişaf və sülhə nail olunmasına kömək etməliyik”.
Tezadlar.az AzərTAC-a istinadla bildirir ki, bunu ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malik “Münaqişədən sonrakı humanitar gündəliyin inkişafı: mədəni mühitin canlandırılması yolu ilə davamlı inkişaf” mövzusunda keçirilən beynəlxalq konfransın açılışında bildirib. Sitat: “Hərbi əməliyyatların dayandığı postmünaqişə dövründə regionda sülhün təmin və inkişaf etdirilməsinə kömək etmək lazımdır”.
Baş direktor əlavə edib ki, Şuşa mədəniyyət paytaxtı, dünyaca məşhur azərbaycanlı bəstəkar Üzeyir Hacıbəyovun vətənidir.