İndoneziya prezidenti Coko Vidodo sülhməramlı niyyətlə Kiyevə gəlib.

Tezadlar.az bildirir ki, bu barədə İndoneziya Prezidenti Twitter-də yazıb. Coko Vidodo deyib ki, o, kiçik bir qrup şəxslə Polşanın Przemysl şəhərindən qatarla Kiyevə gələcək. "Biz bu sülhməramlı missiyaya xoş niyyətlə başladıq. Ümid edirəm ki, daha asan olacaq".
 İndoneziya hakimiyyəti prezident Coko Vidodonun iyunun sonunda Ukrayna və Rusiyaya səfər etməyi planlaşdırdığını bildirmişdi. Xatırladaq ki, İndoneziya 2022-ci ilin noyabrında Balidə “20-lik Qrupu”nun (G20) sammitinə ev sahibliyi edəcək.
Avropa Komissiyasının sədri Ursula fon der Leyen Putinin iştirak etdiyi halda belə G20 sammitinin boykot edilməsinə qarşı çıxış etsə də, Rusiya prezidentinin mümkün iştirakı ilə əlaqədar iclas iştirakçılarının tərkibi sual altındadır.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Tezadlar Arxiv

İDMAN