Ədəbi düşüncənin “Uzaq vuran artilleriyası”, milli-mənəvi dəyərlərimizin böyük tərənnümçüsü,

vətənləşən, torpaqlaşan və bütövləşən poeziyası ilə silahlanan, yaşın ekvatorunu ildırım sürəti ilə adlayan xalq şairi Vahid Əziz şəxsiyyəti, yaradıcılığı Azərbaycan xalqının tarixi poetik yaddaşını zənginləşdirməkdədir. Vətən müharibəsində xalq şairi Vahid Əziz təkbaşına yazdığı alovlu, vətənpərvərlik məktəbi yaradan şeirləri ilə gənclərimizin vətən sevgisini, milli ruhumuzu bir daha səfərbər edərək, poeziyanın gücü ilə ədəbi qərargah yaratdı. Hərdən adama elə gəlir ki, Tanrı Vahid Əziz kimi şairləri yer üzünə ona görə göndərir ki, kainatı sahmana salsın. Onun misraları Tanrı pıçıltılarıdır. Haqlı olaraq ədəbi camiədə belə bir fikir formalaşmaqdadır ki, Vahid Əzizin poeziyası, şeirləri XXI yüz illiklərin də ən oxunaqlı ədəbi əsərləri olaraq qalacaq. Şairin poeziyasına, yaradıcılığına olan oxucu sevgisi tükənməz ədəbi gülüstana çevriləcək.

 Vəli Səmədli,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN