Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında həyata keçirilən “Kitabxanaya kitab hədiyyə edirik” layihəsi davam edir.

Layihə çərçivəsində kitabxananın Fəxri oxucusu, tarixçi-alim, AYB-nin və AJB-nin üzvü Dilarə Ağamusa Nağıyeva (Muxtarova) xeyriyyəçi Arzu Fərəcovanın Azərbaycanın birinci xanımı, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın yubileyinə  ithaf etdiyi “Zamana sığmayan ömür (Hər birimiz üçün “Bizim Mehriban”)” kitabını hədiyyə etdi. Xeyriyyəçi Arzu Fərəcova A.M.Nağıyev adına “Milli Dəyərlərin Qorunması” İctimai Birliyində şəhid ailələrinə və qazilərə dəstək departamentinin rəhbəridir. O, şəhid və qazi  ailələrini  daim diqqətdə saxlayır.  

Müəllif ölkənin birinci xanımı, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətini öyrənərək topladığı materiallar əsasında “Zamana sığmayan ömür...” kitabında yazır: “Azərbaycan dövlətinin, xalqımızın rifahı və inkişafı naminə yorulmadan çalışan, bütün fəaliyyəti boyu humanizm və bəşəri dəyərləri özünə rəhbər tutmaqla, mənsub olduğu xalqın kiçikdən-böyüyə hər bir kəsin sevimlisinə çevrilən ölkənin birinci xanımı, Birinci vitse-prezident Mehriban Arif qızı Əliyevanın doğum günü təbriklərinə qoşulmağı vətəndaş olaraq özümə borc bildim”.

Kitabda Mehriban xanım Əliyevanın ən qaynar və işgüzar çağlarını cəmiyyətin  rifahına həsr etdiyi, onun qayğısı nəticəsində ölkənin mədəniyyət, təhsil, idman, səhiyyə sahəsində, Qarabağın  çiçəklənməsində prezidenti olduğu Heydər Əliyev Fondunun böyük uğurları işıqlandırılır.

Kitabının epiloqunda müəllif yazır ki, “Zamana sığmayan ömür...” kitabını yazmaqda əsas məqsəd cəmiyyətimizin görkəmli dövlət xadimi, Azərbaycan Respublikasının  Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya bir daha diqqət və hörmətimizi bildirməkdir.

Kitabın baş redaktoru, tarix üzrə fəlsəfə doktoru, on kitab müəllifi Dilarə Nağıyeva kitabı oxumağından zövq aldığını qeyd edir və bildirir ki, Mehriban xanım Əliyevanın fəaliyyətini qısa formada əks etdirən bu kitab oxucuların marağına səbəb olacaq. Tarix üzrə fəlsəfə doktoru, Fəxri mədəniyyət işçisi, AJB-nin üzvü Lətifə Məmmədova kitab haqqında fikirlərini bölüşərək qeyd edir ki, Arzu Fərəcovanın “Zamana sığmayan ömür...” kitabını oxumaqla oxucu Mehriban xanım Əliyevanın çoxşaxəli şəxsiyyətini, onun liderlik keyfiyyətlərini öyrənəcək. Kitab müəllif tərəfindən Yasamal rayon kütləvi kitabxanalarına hədiyyə edilmişdir.

Y.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN