Son illərdə Azərbaycanda eksperimental qastronomik turizmə olan maraq getdikcə artır və bu sahədə inkişaf potensialı böyükdür. Azərbaycan yerli mətbəxin zənginliyindən və müxtəlifliyindən istifadə edərək turistləri cəlb edə bilər.

TEZADLAR.AZ xəbər verir ki, bunu AzərTac-a açıqlamasında Türkiyənin Afyon Kocatepe Universitetinin Turizm fakültəsinin müəllimi, professor Hüseyin Pamukçu deyib.

O bildirib ki, Türkiyə eksperimental qastronomik turizmi inkişaf etdirməkdə uğurlu addımlar atmış ölkələrdən biridir. Azərbaycanda da oxşar addımların atılması ölkənin qastronomik turizminin inkişafına təkan verə bilər.

"Bu istiqamətdə eksperimental qastronomik turizmə investisiya qoymaq və yerli şefləri dəstəkləmək ölkəyə uzunmüddətli iqtisadi fayda gətirə bilər. Türk dövlətlərinin təcrübəsini öyrənmək və adaptasiya etmək Azərbaycanın eksperimental qastronomik turizmi üçün önəmli bir addım ola bilər", - deyə H.Pamuçku diqqətə çatdırıb.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN