Aktyor Corc Qafarov Azərbaycan Dövlət Akademik Milli Dram Teatrından çıxıb. 

TEZADLAR.AZ xəbər verir ki, buna səbəb onun teatrın bədii rəhbəri Mehriban Ələkbərzadə ilə dava etməsi olub. Bu haqda Corc özü açıqlama verib:

“İşdən çıxmağıma səbəb Mehriban Ələkbərzadənin “Cəhənnəmə, qara-gora oyna. Mən də səni istəmirəm. Ərizəni yaz və işdən çıx” sözləri olub. Azərbaycan kinosunun vəziyyəti hamıya bəllidir. Mən oradan bərk yapışacaq adam deyiləm. Teatrın mənə ehtiyacı var idi, ona görə orada idim.
Mehriban Ələkbərzadənin aktyorlarla kobud rəftarını görmüşəm. Hamı qorxur ki, aldıqları 600, 800 manat maaşı itirəcəklər. Məşq vaxtı dedi, sıfırsan, kobudsan, kötüksən. Axırda cavab verdim ki, rolu istəyərək oynamıram. Dedi, cəhənnəmə oyna”. 

 Qeyd edək ki, bir neçə gün əvvəl “Azdrama”dan verilən məlumata görə, Akademik Milli Dram Teatrının bədii rəhbəri Mehriban Ələkbərzadə aktyor Corc Qafarovu işdən çıxarıb.

Aktyorun işdən çıxarılmasına səbəb ona həvalə edilən roldan imtina etməsi olub.

Teatrın yaradıcı aktyorlarından bir neçəsi Mehriban Ələkbərzadədən Corc Qafarovun teatra qaytarmasını xahiş edib. Lakin direktorun qərarı dəyişməyib.

Xatırladaq ki, Qafarov Corc Maris oğlu 24 fevral 1995-ci ildə Latviya Respublikasının Riqa şəhərində anadan olmuşdur. Atası Maris Beinerts latviyalı, anası Leyla Qafarova isə azərbaycanlıdır. Corc 5 yaşında anası ilə birlikdə Azərbaycana gəlib. Valideynlərinin boşanması nəticəsində Corc və qardaşı Jerar uşaq evinə düşür və orada böyüməyə başlayırlar. Bu dövrdə onun atası Latviyada, anası isə Azərbaycanda qalır. 24 may 2014-cü ildə Corcun anası xərçəng xəstəliyindən dünyasını dəyişir.

Corc uşaq evində qaldığı müddətdə idman, rəqs və rəsmlə məşğul olur. Rəqslə qatıldığı televiziya yarışmasında Corcu Rejissor Yavər Rzayev görüb bəyənir və görüşə dəvət edir. Yavər Rzayev onu öz filmində baş rolda görmək istəyir. Corca 11 yaşında təklif olunan filmə görə həyatı bir anlıq dəyişir və aktyorluq karyerası başlayır. O, 2014-cü ildə Nadir Əliyev adına 282 nömrəli tam orta məktəbi, 2014-2018-ci illərdə isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram-Kino aktyorluğunu bitirib. Corc Qafarov 2018-2019-cu illərdə 1 illik əsgərlik ximətini bitridikdən sonra, 2019-cu il dekabrın 17-də Azərbaycan Dövlət Akademik Milli Dram teatrının aktyorluq vəzifəsinə cəlb olunmuşdur. O, 2019-cu ildə Suraxanı Rayonu, Qaraçuxur bələdiyyəsinə üzv seçilmişdir və ordakı fəaliyyəti ilə birlikdə aktyorluq karyerasını da davam etdirir.

Müğənni Roza Zərgərli onu övladlığa götürmüşdü. Bir müddət əvvəl Roza Zərgərli mətbuata müraciətində övladlığa götürdüyü uşaqlarla bağlı hər hansı bir məsələdə adının onlarla yanaşı çəkilməməsini xahiş edib.

 

 

JASMİN

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN