BU GÜN DİM NÖVBƏTİ İMTAHANLAR KEÇİRİR
İyunun 12-də Dövlət İmtahan Mərkəzi tərəfindən doktorantura və dissertantura səviyyəsində xarici dildən qəbul imtahanı və fəlsəfə doktoru imtahanları keçirilir. Bu gün, həmçinin buraxılış imtahanı çərçivəsində ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə mayın 8-də keçirilmiş Azərbaycan dili imtahanında iştirak etməyən cari ilin məzunları, ali və orta ixtisas təhsil müəssisələrinə qəbul olmaq üçün sənəd verən, lakin mayın 8-də imtahanda “qeyri-məqbul” qiymət almış cari və əvvəlki illərin abituriyentləri üçün Azərbaycan dili fənni üzrə test imtahanı (ikinci cəhd) təşkil edilir.