Ədalət Partiyası SON ERMƏNİ TƏXRİBATI İLƏ BAĞLI ŞƏHİDLƏRİMİİZİN SAYININ ÇOXLUĞUNU ANTİ-TƏBLİĞAT KİMİ HAKİMİYYƏT ƏLEYHİNƏ SUİ-İSTİFADƏ EDƏNLƏRƏ SƏSLƏNDİ... BƏYANATDA DEYİLİR: “Ədalət Partiyası şəhidlərimizin sayının çox olması faktından hakimiyyət əleyhinə sui-istifadə etmək məqsədiylə həm xaricdən, həm də ölkənin içərisindən başladılmış və əhalidə ruh düşkünlüyü, psixoloji sarsıntı yaratmağa hesablanmış məkrli informasiya-təbliğat kampaniyasını şiddətlə qınayaraq, belə davranışlara qarşı olduğunu, bu cür hərəkətləri “fitnəkarlıq və düşmən dəyirmanına su tökən əməllər” kimi qiymətləndirdiyini bildirir və 44 günlük Vətən Savaşında olduğu kimi, yenə də Azərbaycan dövlətinin yanında, onun Silahlı Qüvvələriylə eyni səngərdə düşmənə qarşı durduğunu bəyan edir.
Ədalət Partiyası bir daha bütün siyasi qüvvələrə, eləcə də siyasi fəal vətəndaşlarımıza xatırladır ki, vaxtilə Qarabağdakı uğursuzluqlarımızın, torpaq və insan itkilərimizin əsas səbəbi müharibə gedən dövrdə ölkədə milli və siyasi həmrəyliyə nail olunmaması, daxildə təfriqənin mövcudluğu və düşmənin də həmin vəziyyətdən məharətlə bəhrələnməsi olub.”
Bəli, təəssüflər olsun, xarici ölkələrə sığınıb erməni dəyirmanına su tökənlər hələ də var. Ar olsun belələrinə!
A.Məmmədli
Pin It

Jurnalistler


IMAGE
ƏN BÖYÜK AĞDAMLI...
Wednesday, 09 November 2022
By Asif MEMMEDOV

Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA