...Yardımlı rayonundan bir nəfər qadın uşağı ilə ayaqyalın qaçıb Bakıya gəlib. Səbəb odur ki, sap- sağlam olan bacısının mövcud əri onu evlənməyə məcbur edib. Və ailəsi də bu izdivacda həmin "ərə" yardım üçün (ata və qardaş da) məcbur etmədə iştirak edib. "Təmiz Dünya" Qadinlara Yardim Ictimai Birliyinin sədri Mehriban Zeynalova bu biabırçı faktla bağlı aidiyyəti qurumlara müraciət edib. M.Zeynalova yazır: "...Demək bu adam gedib qızın xəbəri olmadan kəbin kəsdirib və deyib ki, sən mənim kəbinli arvadımsan. "Ər" qızı boğaraq zorla onda ərdə olmasını tələb edib. Maraqlı bilrisiz nədir? Orta əsr qaydalarını icra edən gələcək "ər" rayonun Arvana kənd məktəbinin direktorudur.
 Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, mümkünsə bu direktorla məşğul olun. Əgər bu belədirsə, həmin məktəbdə orta əsr adətlərinin mövcud olması qaçılmazdır. 
 Keçək ikinci məsələyə: Yardımlı polis əməkdaşı (adını bilmirəm) mənə zəng vurdu ki, Sizdə yardımlı vətəndaşı varmı? Bildirdim ki, var. Dedi həmin "ər" gəlib qızı götürmək istəyir. Xəbərdarlıq etdim ki, yerini qətiyyən bildirməyin.
 Üstündən 3 saat keçməmiş bizim bu polis əməkdaşı bütün nəsli yanına alıb gəlib qapımıza. Əməkdaş polisə yeri bildirməmək kimi məsuliyyətlə bağlı məlumatlandırıldığını bildirsə də, cavab verilir ki, adam axtarışa verilib, gətirməliydim. Qardaş isə polisin yanında hədə-qorxu gəlib əməkdaşmıza, amma polis hədənin qarşısını almayıb. 
 Bu arada Binəqədi rayon Polis İdarəsinin Xidmət üzrə rəis müavini, polis polkovnik-leytenantı Axundov Vüsal Həsən oğluna minnətdarlıq edirik ki, qadına dərhal ilkin yardım göstərib. Qida, ayaqqabı həm uşağa, həm də qadına alınıb və sığınacağa istiqamətləndirilib.
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyindən xahiş edirik, orta əsr qaydalarını dəstəkləyən polislə bağlı ölçü götürülsün.
Yeri gəlmişkən, qadının və uşağının sənədləri girov saxlanılıb və həmin sənədlər mümkünsə alınıb verilsin şəxsin özünə. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, belə başa düşdüm ki, Yardımlı rayonunda davamlı monitorinqə ehtiyac var. Əgər belə orta əsr qaydaları tətbiq edilirsə, vay halımıza...".
Sözün bitdiyi yer... Əlavə şərhə ehtiyac qalmır...
A.Məmmədli
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN