booked.netbooked.net booked.net  

  Xalq yazıçısı Çingiz Abdullayevin təqdimatı və xeyir-duası ilə Ruhiyyə Poladova DAMM-nin 1-ci vitse- Prezidenti seçildi…

Bu gün Azərbaycanın Xalq yazıçısı, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin (DAMM) Prezidenti Çingiz Abdullayev qurumun baş ofisində oldu, İdarə Heyətin üzvləri ilə geniş tərkibdə görüş keçirdi. Görüşü Xalq yazıçısı Çingiz Abdullayev özü açaraq bildirdi ki, gəlişində məqsəd qurumun rəhbər heyətindəki kadr dəyişikliyinin təqdimatına xeyir-dua verməkdir.
Azərbaycanın Qarabağ müharibəsindəki möhtəşəm qələbəsindən söz açan Ç.Abdullayev bildirdi ki, bu qələbənin sorağı artıq dünyanı dolaşır: «…Rəhbəri olduğum Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi Azərbaycan həqiqətlərinin, xalqımızın qəhrəmanlıq salnaməsinin dünya ictimaiyyətinə çatdırılması üçün mümkün olan hər şeyi etmişdir. Şəxsən özüm dünyanın nüfuzlu yaradıcı qurumlarına, tanınmış yazıçılara Ermənistanın 30 ildir davam edən işğalçılıq siyasətinə cəmi 44 gün ərzində necə son verildiyini və sair məlumatları çatdırmışam. Onları bir daha məlumatlandırmışam ki, türk dünyasının düşməni olan Ermənistan Ali Baş komandan İlham Əliyevin rəhbərliyi altında Ordumuzun gücü, şəhidlərimizin və qazilərimizin igidliyi sayəsində kapitulyasıya aktına qol çəkdi, təslim oldu. Biz bu möhtəşəm qələbəyə görə şəhidlərimizə, onların ailələrinə, valideynlərinə, qazilərimizə minnətdarıq…».
Ç.Abdullayev bir maraqlı məqama da toxundu: «…Sabah Azərbaycan yazıçılarının qurultayıdır, mən orda da bunu səsləndirəcəm, bu tarixi qələbə təbii ki, o oğulları dünyaya gətirən anaların sayəsində, onların qəhrəman, vətənpərvər kimi tərbiyəsindən keçib. Elə isə niyə o qəhrəman oğulları dünyaya gətirən analara da «Qəhrəman ana» döş nişanı təqdim olunmasın?! Məsələn, bir zamanlar toylarda qırmızı qərənfillər hər yeri bəzəyərdi, insanlar ad günündə bir-birinə qırmızı qərənfilləri hədiyyə edərdi. 1990-cı ilin məlum 20 yanvar qətliamı olanda isə qərənfillər matəm nişanına çevrildi… Təklif edirəm ki, qərənfil əks olunan döş nişanları buraxılsın və hər bir şəhid anasına təqdim olunsun. Qoy küçədə, mərasimlərdə, ictimai tədbirlərdə hamı şəhid qəhrəmanların analarını tanısın…».


Sonra Ç.Abdullayev gəlişinin məqsədini açıqladı: «Bilirsiniz ki, Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin 1-ci vitse-Prezidenti Rasim Məmmədov bu vəzifəni bir müddətdir icra etmir… Ruqiyyə Poladova mənim xeyir-duamla DAMM-nin 1-ci vitse-Prezidenti vəzifəsinə təyin edilir. İnanıram ki, o, bu vəzifənin öhdəsindən layiqincə gələcək… Gəlin onu təbrik edək…».
Sonra Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin yeni 1-ci vitse-Prezidenti Ruqiyyə Poladova çıxış edərək bu yüksək etimada görə Xalq yazıçısı Çingiz Abdullayevə dərin minnətdarlığını bildirdi: «Çalışacağam ki, Çingiz müəllim kimi ğöyük şəxsiyyətin, Azərbaycanın dünyada ən çox oxunan yazıçısının etimadını doğruldum…».


Tədbirdə daha bir məlumat verildi ki, Türkiyənin Kahramanmaraş şəhərində 2018-ci ildə açılmış Xocalı parkında DAMM-nin Kahramanmaraş şəhər nümayəndəliyinin rəhbəri, gənc fəal Tural Şahbazlının təşəbbüsü və rəhbərliyi ilə tikilmiş bulağa şəhid İzzət İzzətlinin adı verilmişdir (İzzət İzzətli Prezidentin Sərəncamları ilə "Azərbaycan bayrağı" ordeni və "Vətən uğrunda", "Füzuli uğrunda" medallarına layiq görülüb. Tədbirdə Vətən Müharibəsi Qəhrəmanı İzzət İzzətlinin anası, DAMM-nin Qadınlar Şurasının sədri Vəfa İzzətli də iştirak edirdi).Yaxın günlərdə həmin bulağın açılışı həyata keçiriləcək (Bu təşəbbüslərdə DAMM İdarə Heyətinin üzvü Samir Orucovun da əməyi olmuşdur).
Sonra tədbir iştirakçıları xatirə şəkli çəkdirdilər.
A.Məmmədli

      

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN