Xəbər verildiyi kimi, bu günlərdə Azərbaycan Respublikasının sabiq Baş Prokuroru, sabiq səfir Eldar Həsənovun ailə üzvlərinə məxsus müsadirə qərarından verilmiş kassasiya şikayətləri qismən təmin olunmuşdur... Lakin bu məlumat bəzi media orqanlarında yalnışlıqlarla yayımlanmışdır... Tezadlar.az bildirir ki, bununla bağlı vəkil Cavad cavadov açıqlama yaymışdır. Redaksiyamıza göndərilən açıqlamada deyilir: "Azərbaycan Respublikasının sabiq Baş Prokuroru, sabiq səfir, hüquqlarını müdafiə etdiyim, Eldar Həsənovun ailə üzvlərinə məxsus müsadirə qərarından verdiyimiz kassasiya şikayətlərinin baxılmasının nəticələri ilə bağlı bəzi mətbuat orqanlarında adımdan verilmiş açıqlamalarda yalnıışlıqlar olmuşdur. Bir daha bildirirəm ki, Eldar Həsənovun hər üç övladının müsadirə olunmuş əmlakları ilə balı verilmiş kassasiya şikayətlərinə Ali Məhkəmədə hakim İlkin Rəcəbovun sədrliyi ilə 21 oktyabr 2022-ci il tarixdən baxılmış və şikayətlər təmin olunnmuşdur. Həyat yoldaşı Elmira Həsənovaya münasibətdə verilmiş kassasiya şikayəti qismən təəmin olunmuş və təmin olunmayan -E.Həsənovun yeganə yaşayış evinin müsadirə hissəsi ilə bağlıı Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət ediləcəkdir. Lakin bəzi mətbuat orqanlarında yalnış olaraq E.Həsənova verilmiş cəzanın qüvvədə saxlanılması ilə bağlı məlumatlar yayılmışdır. Bununla bağlı bildirirəm ki, Azərbaycan Respublikkası Ali Məhkəməsinə apellasiya məhkəməsinin qərarından təyin edilmiş cəza ilə bağlı kassasiya şikayəti verilməmişdir və bu məsələ Ali Məhkəmədə müzakirə predmeti olmamışdır. Eldar Həsənovun övladları məhkəmənin qanuni və ədalətli qərarına görə Azərbaycan Respublikasının Prezidentinə və Ali Məhkəmənin sədrinə minnətdarlıqla müraciət etmişlər".
Qeyd edək ki, Eldar Həsənov həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqında elan olunmuş ittihamları rədd etmiş, bunun sifarişli olduğunu bildirmişdir.
A.Məmmədli