booked.netbooked.net booked.net  

“Taliban”a bunlar dəstək verdi ki, Əfqanıstanı ələ keçirsin... Deyirəm ki, ayılın, ayılın, camaat!”

...Çox təəssüf  ki, Azərbaycana da gələndə görürəm ki, onlar ( İranlı din adamları) burda bəzi adamların “beyinlərini yuyublar” və Xomeyniyə “ağa-ağa” deyirlər. Guya ki, ağamızdır...

Bunu TEZADLAR.TV-nin efirində qonaq olan Fransada yaşayıb fəaliyyət göstərən Azərbaycan əsilli fotoqraf – jurnalist Reza Deqati İrandakı vəziyyətdən bəhs edərkən deyib.

“Bu nə ağadır ki, 30 ildir ki, ermənilərə pul verir ki, onlar da sənin qardaşını şəhid etsinlər. Sənin beyninə nə girib ki, hələ də ona “ağa” deyirsən? Bir adam ki, öz millətinin, İranın  başına nə oyun gətirdi, Azərbaycanın ən böyük düşməni ermənidir onlara neft verir, qaz verir, kəşfiyyat verir... Bilirsiz ki, İran kəşfiyyatı ermənilərə kömək etməsəydi ermənilər Qarabağı işğal edə bilməyəcəkdi. Bunu mən bilirəm -1992-də mən var idim... Hələ də mən bilmirəm ki, bütün bunları bilə-bilə azərbaycanlilar necə bunları dost bilirlər? Bunlara “ağa” deyirlər... Azərbaycan, İran, Livan, Əfqanıstan... millətinin  ən pis düşməni  bunlardır. “Taliban”a bunlar dəstək verdi ki, Əfqanıstanı ələ keçirsin... Deyirəm ki, ayılın, ayılın, camaat!”, - deyə Rza Deqati bildirib.   

Xatırladaq ki, Reza Deqati Cənubi Azərbaycanda, Təbriz şəhərində dünyaya göz açıb. Fəaliyyəti ilə bağlı (fotoları) gənc yaşlarından İrandakı təqiblərdən (həbsxana, işgəncə) yaxa qurtarmaq üçün Fransaya mühacirət etmək məcburiyyətində qalıb. Qəlbi Azərbaycanla döyünən, Qarabağ həqiqətlərini öz fotolarının yaddaşına köçürərək dünyaya çatdıran, saysız-hesabsız sərgiləri təşkil olunan fotoqraf-jurnalist bu yaxınlarda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən xidmətlərinə görə “Dostluq ordeni” ilə mükafatlandırılıb.

 

JASMİN

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN