booked.netbooked.net booked.net  

Azərbayan Respublikası Cinayət Məcəlləsinin 29, 178.3.2, 178.3.2 və 32.4, 312.2-ci maddələri ilə təqsirləndirilən şəxs, hazırda Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan

Qarayev Zamin Elburus oğlu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev\ə ünvanlı şikayətinin bir surətini «Təzadlar» qəzeti redaksiyasına göndərib.

Xatırladırıq ki, həmin şikayətin bir surəti də Azərbaycan Respublikasmm Birinci Vitse- Prezidenti Mehriban xanım Əliyevaya, Baş Prokuror cənab Kamran Əliyevə, Prezident Administrasiyasının rəhbəri cənab Samir Nuriyevə, Prezidentin köməkçisi-Hüquq mühafızə orqanları ilə iş şöbəsinin müdiri cənab Fuad Əlsəgərova və Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri cənab Mahmud Nəbiyevə ünvanlanıb.

Aşağıda həmin şikayəti təqdim edirik:

Çox hörmətli Cənab Prezident!

Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən barəmdə Azərbayan Respublikası Cinayət Məcəlləsinin 29, 178.3.2, 178.3.2 və 32.4, 312.2-ci maddələri ilə cinayət işi istintaq edilərək baxılmaq üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hazırda cinayət işinə hakim Eldar İsmayılovun sədrliyi ilə baxılır. İttiham aktına görə, guya etibardan sui-istifadə və aldatma yolu ilə 9 epizod üzrə 13 nəfərə məxsus 307 min 750 manat məbləğində pul vəsaitini ələ keçirmişəm və ya ələ keçirməyə cəhd etmişəm. Bəzilərini isə guya vəzifəli şəxsə rüşvət verməyə təhrik etmişəm.

Cənab Prezident! Sizə məlum edirəm ki, mənə qarşı həmin cinayət işi saxtalaşdırılıb, məsul vəzifədə olarkən rüşvət alma cinayəti törətmiş vəzifəli şəxslər qanunsuz olaraq qəsdən cinayət məsuliyyətinə cəlb edilməyiblər. Çünki həmin cinayəti Ədliyyə Nazirliyinin icra qurumlarında işləyən vəzifəli şəxslər törədiblər. Hətta Ədliyyə Nazirliyi həmin şəxslərin prokurorluqda dindirilmələrinə razılıq belə verməyib. Əvvəl cinayət işi Bakı şəhəri Binəqədi rayon Prokurorluğunda obyektiv araşdırılsa da, sonradan polisdə, təhlükəsizlik xidmətində olan materiallar Ədliyyə Nazirliyi tərəfindən tələb edilərək araşdırma yalnız məni ittiham etmək istiqamətində aparılmış, icra orqanlarının vəzifəli şəxslərinin barəsində toplanmış materiallar bir kənara atılaraq,  ancaq mənim barəmdə qanunsuz olaraq birtərəfli və qeyri-obyetiv qaydada toplanmış materiallar istintaq aparılmaq üçün Baş Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə göndərilmişdir.

 Onu da diqqətinizə çatdırıram ki, istintaq orqanı Ədliyyə Nazirliyinin müəyyən etdiyi çərçivədən kənara çıxa bilməmişdir. Aşkar surətdə ağır cinayətlər törətmiş vəzifəli şəxslər məsuliyyətdən kənarda qalmışlar. Bakı Ağır Cinayətlər  Məhkəməsinin də Ədliyyə Nazirliyinin iradəsindən və təsirindən kənar, müstəqil qərar qəbul edə biləcəyinə inanmıram. Ona görə də koməklik göstərməyiniz üçün Sizə müraciət edirəm.

 İşin halları belədir ki, digər hüquqi şəxsə vurulmuş maddi ziyanın əvəzini ödəmək üçün borclu hüquqi şəxsə məxsus 113 ədəd müxtəlif təyinatlı maşın və texnikanın üzərinə Binəqədi rayon Məhkəməsinin qərardadı ilə həbs qoyulmuşdur. İcra Binəqədi rayon İcra Şöbəsinə həvalə edilmişdir. İcra işi icra məmuru Şəhriyar Şirinovun icraatında olmuşdur.

Mən özüm əvvəllər maşın və mexanizmlərin satışı ilə məşğul olmuşam. 2019-cu ilin təxminən sentyabr-oktyabr aylarında Binəqədi rayon İcra Şöbəsində üzərinə həbs qoyulmuş maşın və texnikaların satışının aparıldığını eşitdikdən sonra tanışım və sonradan şərikim olmuş polis işçisi Bağırov Ceyhun Rəzzaq oğlu vasitəsilə icra məmuru Şəhriyar Şirinovla tanış oldum. O vaxtdan Şəhriyarla texnika və maşın satışı ilə bağlı fəaliyyətimiz başlayıb. Bunu Şəhriyara məxsus olan 055 224 18 78 nömrəli telefonla mənim istifadəmdə olan 051 368 32 32 nömrəli telefonla 2019-cu il sentyabr, oktyabr aylarından başlayaraq apardığımız yüzlərlə danışıqlarda təsdiq edir. Təkcə 2020-ci ilin ikinci yarısında aramızda 250 dəfədən çox telefon danışığı olmuşdur. Həmin danışıqlarda texnika və avtomaşmların kimə, neçəyə, hansı qaydada satacağımızı müzakirə etmişik, qərarlar qəbul etmişik. Çoxsaylı şəxsi görüşlərimiz olub. Belə sövdələşmələr nəticəsində Şəhriyar satılacaq maşınların siyahısını mənə və Ceyhuna verirdi. Maşın və texnikanın 13-nün pulunu Şəhriyara özüm verib, texnikanı almışam, sonra isə müxtəlif adamlara satmışam. Şəhriyar əvvəlcədən pulunu verdiyim maşınların texniki pasportlarını mənə bir neçə gün sonra verirdi. 7-8 maşm və 7 texnikanın  pulunu alıcılardan alıb Şəhriyara verməyimə baxmayaraq, cəmi 197 min manat pulu məndən alsa da həmin maşın və texnikaları müxtəlif səbəblərə görə verə bilmədiyindən borc yarandı. 197 min manat puldan mənim özümə 32 min manat çatıb. Mən də həmin pulu vətəndaşlara qaytarmışam. Şəhriyar isə aldığı 165 min manat pulu qaytarmaqdan imtina edib. Yuxarıda qeyd etdiyim maşın və texnikaların texniki pasportlarını Şəhriyar mənə verməsəydi başqa yolla əldə edə bilməzdim. Belə ki, həmin texniki pasportlar məhkəmə qərarlarının icrası ilə bağlı olduğu üçün Şəhriyarda olub. Birgə fəaliyyətimiz dövründə Şəhriyar sövdələşmələrimizdən cəmu 320 min manat pul əldə edib. Mənim şəxsən özümə satacağı 3 maşına görə 35 min manat pulu məndən qabaqcadan alıb. Ancaq maşınları vermədiyindən mənə də borclu qalıb. Mənə verəcəyi 35 min manat da nəzərə alınmasa, vətəndaşlara satılmaq üçün maşın və texnikalara görə məndən 355 min manat pul alıb. İndi isə həyasızcasına məndən pul almadığını, maşın və texnikaların satışında iştirak etmədiyini bildirir.

Şəhriyar təbii ki, 355 min manat püşvət kimi aldığı pulu təkbaşma mənimsəməyib. Tabe olduğu vəzifəli şəxslərlə əlaqədə olub. Məsələn, hər dəfə maşın
və texnikalar satıldıqda İcra Şöbəsinin rəisi həmin maşın və texnikaların üzərindən həbsin götürülməsi üçün Dövlət Yol Polisinə məktub göndərirdi.

İstintaq orqanı isə Şəhriyarın və qeyrilərinin rüşvət kimi aldıqları pulu guya mənim tərəfımdən dələduzluq yolu ələ keçirilən pul kimi rəsmiləşdirib. Şəhriyardan adamların pulunu qaytarmağımı tələb edəndə deyirdi ki, mənim arxam güclüdür, mənə gücünüz çatmaz. Nəticədə də elə oldu. Şəhriyar, onunla birlikdə vəzifə cinayətləri törədən şəxslər məsuliyyətdən kənarda qaldılar. Toplanmış ilkin materiallar təmziləndi. Şəhiyarın guya günahsız olduğunu təsdiq edən yeni sənədlər toplandı. Ancaq cinayət işinin içərisində şərikim Ceyhun Bağırovun araşdırmanın ilkin mərhələsində verdyi bir izahatı qalıb. Həmin izahatında Ceyhun Bağırov Şəhriyar Şirinova aldığımız texnikalara görə bir- neçə dəfə pul verdiyini təsdiq edib. İş üzrə zərərçəkmişlər dəfələrlə izahat və ifadələrində, sonradan yazdıqları şikayətlərində pulları qaytarmaq üçün Şəhriyar Şirinovun dəfələrlə onlardan vaxt istədiyini, ancaq qaytarmadığını bildiriblər.

Hamıdan əvvəl icranın vəzifəli şəxslərinin törətdikləri korrupsiya cinayətləri barədə DİN-nin 102 xidmətinə də müraciət etmişəm. Ancaq həmin müraciətim, ona baxılması və nəticəsi barədə materilallar işə əlavə edilməyib. Çünki araşdırma aparanlara sərf etməyib.

Cənab Prezident!

Yuxarıda qeyd olunanlara baxmayaraq Şəhriyar Şirinov və onun əlbir olduğu rüşvətxor məmurlar məsuliyyətə cəlb edilməyiblər. Onlar və onları himayə edən məmurlar Sizin ölkədə rüşvətxorluq və korrupsiyaya qarşı başladığınız barışmaz mübarizəyə qarşı olanlardır. Onların gücü hələ çoxdur. İstədikiləri adamı günahlı, istədiklərini günahsız çıxara, mənə etdikləri kimi istədiklərinin ittihamını süni şəkildə şişirdə də bilirlər.

Cənab Prezident, Sizə inanıram. İnanıram ki, məni bəlaya düşür edən, məsuliyyətdən kənarda qalan bu korrupsioner dəstəsini, ancaq Siz ifşa edə bilərsiniz. Bunun üçün cinayət işini məhkəmədən prokurora qaytarmaq, obyektiv istintaq aparmaq kifayətdir.

Kömək etməyinizi xahiş edirəm.

Binəqədi rayon Prokurorunun Şəhriyar Şirinovun cinayət əməli barədə məktubunun və Ceyhun Bağırovun izahatının surətlərini şikayətimə əlavə edirəm.

Hörmətli:

Qarayev Zamin Elburus oğlu

Redaksiyadan: inanırıq ki, şikayət ünvanına qaytarılacaq və ədalət mühakiməsi qərarında yanılmayacaq.

«Təzadlar»

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN