booked.netbooked.net booked.net  

Ötən gecə Türkiyədə baş verən güclü zəlzələdə ölənlərin sayı 1498-ə, yaralıların sayı isə 8 533-ə çatıb.

Tezadlar.az Kahramanmaraş sakini, Azərbaycanlı fəal və İGF Haber Ajansı-nda müxbir işləyən Tural Şahbazlıya istinadla bildirir ki, bu haqda Türkiyı Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Tural bəy bildirir ki, ölən və yaralananların sayının çox olması zəlzələnin insanların hələ yatdığı bir zamanda baş verməsinə görədir.

XXX 

Sosial şəbəkələrdə zəlzələdən az sonra yeni tikilmiş 12 mərtəbəli binanın qəflətən yerə gömülməsi anları telefonla çəkilib, təqdim edilib. Sanki binanın monolit beton hissəsi palçıqdan düzəldilib, yerə çırpılıb məhv olur.

Bakının harasınada boş yer var ələ keçirib hündürmərtəbəli binalar tikilir. Bu binaların bünövrədən tikilməsini izlədikcə, iraq olsun, adamın ürəyi əsir: namnazik beton dirəklər üzərində 20-25 mərtəbəli binaları tikənlərin işində etibarlılıq nə dərəcədədir???

A.Məmmədli

P.S.Şəkildəki bina Afiyəddin Cəlilov küçəsində, Qənimətlər Parkının başı üzərində tikilir. Beton sütunlara diqqətlə baxın... Dənizin təxminən 300 metrliyində tikilən vı hələ də tikilməkdə olan bu binada yaşamaq necədir?

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN